Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.26.2026 | 11:03 | Baxılıb: 842
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.

“gece.ws” xəbər verir ki, 18 vaqondan ibarət, çəkisi 971 ton olan Aİ-92 markalı avtomobil benzini və 8 vaqondan ibarət, çəkisi 467 ton olan dizel yanacağı iyunun 26-da Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.