Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.06.2026 | 18:41 | Baxılıb: 3905
Ermənistanda növbəti parlament seçkilərinin keçiriləcəyi dəqiq tarix məlum olub.

“gece.ws” yerli KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Vaaqn Xaçatryan seçkilərin təyin edilməsi haqqında müvafiq fərman imzalayıb.

Sənədə əsasən, Ermənistan Milli Assambleyasına (parlament) növbəti seçkilər 7 iyun 2026-cı il tarixində keçiriləcək.

Xatırladaq ki, 2021-ci ilin iyununda keçirilən sonuncu növbədənkənar seçkilərdə Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası qalib gəlmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.