
“gece.ws” xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Hadisə günorta saatlarında baş verib. Tələbələri daşıyan sərnişin avtobusu dərəyə aşıb.
İlkin məlumata görə, vəziyyəti ağır olan 6 yaralı İrəvana aparılacaq. Bir nəfərin isə vəziyyəti sabit ağırdır və əməliyyat olunub.
Qeyd edək ki, avtobusda İrəvan Dillər Universitetinin tələbələri olub.