Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.04.2026 | 22:56 | Baxılıb: 1135
Ermənistanın şəbəkə və ötürücü sistemində baş verən qəza nəticəsində 5 vilayətdə elektrik enerjisinin verilişi tamamilə kəsilib.

“gece.ws” “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə “Ermənistan Elektrik Şəbəkələri” şirkəti sosial şəbəkə hesabında məlumat yayıb.

Şirkətin mətbuat xidmətindən bildirilib ki, dispetçer məhdudiyyətləri Şirak, Lori, Tavuş, Araqatsotn və Ararat vilayətlərinin bir sıra şəhər və kəndlərində tətbiq olunub.

İşıq böhranını aradan qaldırmaq üçün Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mütəxəssisləri və sistem operatoru tərəfindən təcili bərpa işləri aparılır. Enerji təchizatının ən qısa zamanda bərpa olunacağı vəd edilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.