Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.22.2026 | 17:54 | Baxılıb: 1440
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistandan idxal edilən meyvə və tərəvəzlərdə də problemlər aşkar edib.

“gece.ws” “Vesti”yə istinadən istinadən xəbər verir ki, bu barədə agentliyin rəhbəri Sergey Dankvert bildirib. 

“Biz müfəttişlərimizi göndərmək məcburiyyətində qaldıq. Onlar daha bir həftə işləyəcəklər və biz bu yoxlamanın nəticələrinə əsasən qərar verəcəyik. Problem ondadır ki, təkcə çiçəklərlə deyil, həm də tərəvəz və meyvələrlə bağlı problemlərimiz var”, - o deyib. 

Xatırladaq ki, ötən gün “Rosselxoznadzor” mayın 22-dən başlayaraq, istixanaların yoxlanılması başa çatana və nəticələr təhlil edilənə qədər Ermənistan mənşəli və bu ölkədən göndərilən çiçək məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcəyini açıqlamışdı. Bu barədə danışan Ermənistanın Baş naziri Nikol Paşinyan fitosanitar standartlara uyğun gəlməyən istənilən mallarla bağlı məhdudiyyətlərin hər zaman olduğunu və bundan sonra da olacağını bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.