Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.09.2025 | 20:20 | Baxılıb: 3340
İsrailin Qətərin paytaxtı Dohaya endirdiyi hücumun əsas hədəfi HƏMAS-ın Qəzza lideri Xəlil əl-Hayya olub.

“gece.ws” yerli teleqram kanallarına istinadla xəbər verir ki, onun öldürüldüyü bildirilsə də, bəzi ərəb mənbələri Xəlil əl-Həyya, Xalid Məşal və digər müzakirə heyətinin hücumdan sağ çıxdığını iddia edib.

Hücum nəticəsində Xəlil əl-Hayyanın xanımının yaralandığı, oğlunun isə həyatını itirdiyi qeyd olunur.

Məsələ ilə bağlı HƏMAS tərəfindən rəsmi təsdiq və ya təkzib hələlik verilməyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.