Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Etopaz”da rekord qazanc - Bir kuponda 167 min manat uddu
 
						“Etopaz”da rekord qazanc 
							 - Bir kuponda 167 min manat uddu
Əlavə olunub: 04.02.2025 | 11:07 | Baxılıb: 6007
Azərbaycanın ilk qanuni, milli mərc saytı olan “Etopaz”da inanılmaz məbləğdə qazanc qeydə alınıb. 

Saytın istifadəçilərindən biri, sadəcə bir kupona yatırdığı 5250 manatla 167 min manatlıq uduş əldə edərək böyük uğura imza atıb.

Bu hadisə “Etopaz” tarixində ən yüksək məbləğli uduşlardan biri olaraq yadda qalıb. 

Böyük məbləğdə qazanc əldə edən istifadəçi oyunları doğru təhlil edərək dəqiq proqnozlar verib və nəticədə böyük mükafata sahib olub.

Şirkətin nümayəndəsi bildirib: "Biz istifadəçilərimizin böyük uğurlarına şahid olmaqdan qürur duyuruq. Bu cür uduşlar istifadəçilərimizin güvənini daha da artırır və mərc həvəskarlarını ruhlandırır. Qeyd edim ki, müştərimiz elə həmin gün qazandığı məbləği bank kartına çəkərək uduşunu rəsmi olaraq əldə edib”.

“Etopaz” Azərbaycanın ilk qanuni, milli mərc saytı olaraq istifadəçilərinə 7/24 ən yüksək standartlarla xidmət göstərir və bazardakı lider mövqeyini qoruyur. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.