Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.29.2026 | 09:39 | Baxılıb: 2572
İsmayıllı rayonunun Bizlan kəndində evi dağılan sakin üçün müvəqqəti çadır qurulub. 

“gece.ws” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. 

Belə ki, nazirliyə kənd sakini Məhərrəmli Novruz Müslüm oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Bununla əlaqədar FHN-in Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib. 

 




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.