Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.10.2026 | 20:34 | Baxılıb: 1741
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Balakən rayonu, Talalar kəndində fərdi yaşayış evində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

“gece.ws” xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, fərdi yaşayış evinin giriş hissəsində qapının və ətrafının konstruktiv elementlərinin uçması nəticəsində vətəndaşların köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən evin giriş hissəsində uçqun nəticəsində yaranan maneələr aradan qaldırılaraq vətəndaşlar təxliyə edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.