Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.29.2025 | 00:10 | Baxılıb: 1094
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 28-i Cəbrayıl şəhər məscidinin təməlini qoyub.

“gece.ws” xəbər verir ki, məscidin ümumi sahəsi 1530 kvadratmetrdən çox olacaq.

Burada eyni vaxtda 615 nəfər ibadət edə biləcək. İkimərtəbəli məscid binasında eyni anda kişilərin və qadınların ibadət etmələri üçün şərait olacaq. Məsciddə icma zalı, avtomobil dayanacağı, söhbətgah yaradılacaq. Məscidin minarələrinin hündürlüyü 34,2 metr, günbəzin hündürlüyü isə 22,6 metr olacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.