Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Faiq Həsənovun adı “Ginnesin Rekordlar Kitabı”na düşdü
 
						Faiq Həsənovun adı “Ginnesin Rekordlar Kitabı”na düşdü
Əlavə olunub: 04.14.2025 | 14:57 | Baxılıb: 6873
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun adı “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.

“gece.ws” xəbər verir ki, bu barədə federasiya rəsmisinin 85 illiyi ilə bağlı keçirilən tədbirdə məlumat verilib. 

Bildirilib ki, F.Həsənovun adı ən uzun müddətli hakim kimi “Ginnesin Rekordlar Kitabı”na salınıb. 

Mərasimdə çıxış edən “Guinness World Records”un rəsmisi Şeyda Subaşı təqdim olunan məlumatların yoxlanılaraq tələb edilən şərtlərə tam uyğun olduğunu söyləyib. Beləliklə Faiq Həsənov şahmat üzrə ən uzun müddətli kişi hakim kimi rəsmən təsdiqlənib. F.Həsənov 60 il 149 gün müxtəlif şahmat yarışlarında hakimlik etməklə dünyanın məşhur u uğura nail olub.

Ona “Guinness World Records”un rəsmisi səbəbkara rəsmi sertifikatı təqdim edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.