Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Federasiya rəsmisi güləşçiyə “satqın” dedi - Xetaq Qazyumov etiraz etdi
 
						Federasiya rəsmisi güləşçiyə “satqın” dedi 
							 - Xetaq Qazyumov etiraz etdi
Əlavə olunub: 04.10.2025 | 09:59 | Baxılıb: 3844
Slovakiyanın paytaxtı Bratislavada keçirilən sərbəst güləş üzrə Avropa çempionatının mükafatlandırma mərasimi zamanı qalmaqal yaşanıb.

“gece.ws” xəbər verir ki, Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili Albaniyanı təmsil edən osetin əsilli güləşçi Çermen Valiyevə medal verərkən onu “satqın” adlandırıb. 

Federasiya rəsmisi əsəbi şəkildə medalı idmançının boynundan asıb. Ç.Valiyev də buna etirazını bildirib. 

Hadisənin şahidlərindən biri Azərbaycan millisinin baş məşqçisi Xetaq Qayzumov da rusiyalı nümayəndəyə öz etirazını bildirib. Nəticədə ara qarışıb və qalmaqal paltardəyişmə otağına qədər davam edib. 

Qeyd edək ki, 74 kq çəki dərəcəsinin finalında Çermen Valyev məhz Rusiya təmsilçisi Zaurbek Sidakova qalib gələrək Avropa çempionu adını qazanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.