Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.27.2026 | 12:40 | Baxılıb: 1615
Avropa Liqasının pley-off mərhələsində ötən gün İngiltərənin “Nottinqem Forest” klubu ilə qarşılaşan “Fənərbaxça” azarkeşləri stadionun oturacaqlarını qırıb.

“gece.ws” xəbər verir ki, istanbullu tərəfdarlar komandalarının 2:1 hesablı qələbəsinə baxmayaraq mərhələni keçməməsinə əsəbiləşib. 

Buna görə onlar ingilis təmsilçisinin stadionu olan “Siti Qraund”un oturacaqlarını sındırıblar. 

Tərəfdarlarının etdiklərinə görə UEFA İstanbul klubunu cərimələyəcək. 

Qeyd edək ki, ilk görüşdə 0:3 hesabı ilə uduzan “Fənərbaxça” Avropa Liqasının pley-off-unda mübarizəni dayandırıb. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.