“gece.ws” xəbər verir ki bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
O bildirib ki, bu keçid üçün İstanbul təmsilçisi “Mançester Siti”yə 13 milyon avro ödəyəcək. Təcrübəli qapıçının “şəhərlilər”lə müqaviləsi 1 ildən sonra başa çatacaq.
Qeyd edək ki, Braziliyalı ötən mövsüm bütün turnirlərdə 40 oyunda iştirak edib və 13 oyunda qapısını toxunulmaz saxlayıb.