Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.01.2026 | 08:28 | Baxılıb: 2578
“Fənərbaxça” klubunun prezidenti Sadettin Saranın klub binasına gedərkən düşdüyü qəza anının görüntüləri yayımlanıb.

“gece.ws” xəbər verir ki, S.Saran evindən stadiona gedərkən E-5 magistral yolunda avtomobili ilə təcili yardım zolağına çıxan bir avtomobillə toqquşub.

Qəza nəticəsində Saranın nəqliyyat vasitəsi zədələnib. O və sürücüsü yaxşı vəziyyətdədir. Qəzadan sonra Saran ayağında, qolunda və boynunda ağrı hiss etsə də, klub binasına gedərək rəhbərlərlə görüşdə iştirak edib.

Qəzanın görüntüləri eyni marşrutda hərəkət edən motosikletçinin dəbilqə kamerasına düşüb. Videoda Saranın avtomobilinin təcili yardım zolağına daxil olan digər avtomobillə toqquşması əks olunub. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.