Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.22.2026 | 01:27 | Baxılıb: 4566
Ziraat Türkiyə Kubokunun 1/4 final mərhələsində “Konyaspor” öz meydanında “Fənərbaxça”nı qəbul edib.

“gece.ws” xəbər verir ki, gərgin keçən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Belə ki, matçın əsas vaxtında qol vurulmadığı üçün əlavə vaxta ehtiyac duyulub. Görüşün taleyi 120+2-ci dəqiqədə həll olunub. VAR yoxlamasından sonra “Konyaspor”un xeyrinə təyin edilən penalti zərbəsini Yevtoviç dəqiq yerinə yetirərək komandasını yarımfinala daşıyıb.

Qeyd edək ki, yarımfinala vəsiqə qazanan “Konyaspor” bu mərhələdə “Beşiktaş” – “Alanyaspor” cütünün qalibi ilə qarşılaşacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.