Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Fənərbaxça”dan inamlı qələbə
 
						“Fənərbaxça”dan inamlı qələbə
Əlavə olunub: 03.29.2025 | 00:30 | Baxılıb: 2620
Türkiyə Super Liqasında 29-cu tura start verilib.

“gece.ws” xəbər verir ki, ilk oyun günü 4 qarşılaşma baş tutub.

“Bodrumspor”un qonağı olan “Fənərbaxça” səfərdə qələbə qazanıb - 4:2.

Artıq ilk hissədə matçın taleyini həll edən İstanbul təmsilçisi meydanı 3 xalla tərk edib. “Sarı-lacivərdlilər” Super Liqa lideri “Qalatasaray”la xal fərqini 6-ya endirib.

Turun digər matçlarında “Antalyaspor” “Alanyaspor”u, “Kayserispor” “Hatayspor”u, “Konyaspor” isə “Qaziantep”i məğlub yola salıb. 

Qeyd edək ki, sabah “Beşiktaş” evdə “Qalatasaray”ı qəbul edəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.