Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.23.2026 | 14:40 | Baxılıb: 6809
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun altı müavinindən ikisinin vəzifəsindən azad edilməsi təsdiqlənib.

“gece.ws” xəbər verir ki, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyevin adı nazirliyin rəsmi saytının rəhbərlik bölümündən çıxarılıb.

Bundan əvvəl üçüncü müavin general-leytenant Faiq Tağızadənin də işdən çıxarıldığı bildirilsə də, həmin məlumat təsdiqlənməyib. General Tağızadə hazırda nazir müavini vəzifəsində qalır.

Xəbəri rus dilində oxuyun: Увольнение двух заместителей министра в МЧС — подтверждено

Qeyd edək ki, Etibar Mirzəyev saytımıza yaş həddi ilə bağlı təqaüdə çıxdığını açıqlamışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.