Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.03.2025 | 09:49 | Baxılıb: 360
Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 192 yanğına çıxış, 27 halda köməksiz vəziyyətdə qalma, 4 avtonəqliyyat qəzası və 2 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

“gece.ws” xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Belə ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 33 nəfər xilas edilib, 2-si azyaşlı olmaqla 15 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, 7 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.