Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.23.2026 | 16:39 | Baxılıb: 2408
Türkiyə qadın voleybolçulardan ibarət millisi Millətlər Liqasının 2026-cı il mövsümündə yarımfinala yüksəlib.

“gece.ws” xəbər verir ki, “Filenin sultanları” 1/4 finalda Kanada ilə qarşılaşmada 3:1 (22:25, 25:21, 25:21, 25:17) hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Türkiyə millisi yarımfinalda ABŞ – Çin cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, qadın voleybolçular arasında Millətlər Liqasının “final səkkizliyi”ndə ABŞ, Çin, Türkiyə, Kanada, İtaliya, Niderland, Braziliya və Yaponiya yığmaları mübarizə aparır. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.