Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.10.2026 | 19:53 | Baxılıb: 2062
Hindistanda fil oğlunu məktəbə aparan 37 yaşlı qadını tapdalayaraq öldürüb.

“gece.ws” xəbər verir ki, bu haqda “The Print” məlumat yayıb.

Faciəli hadisə iyunun 8-də Kerala ştatının Çinkanal şəhərində baş verib.

Belə ki, Mari adlı yerli qadın oğlunu avtobus dayanacağına qədər aparmaq üçün evindən çıxıb, lakin qəfil onların yolunda vəhşi fil peyda olub. Sıx duman və güclü yağış səbəbindən fili vaxtında görməyiblər.

Təcavüzkar heyvan dərhal hücuma keçib. Qadın ölümcül xəsarətlər alıb, oğlu isə yaralı vəziyyətdə xəstəxanaya aparılıb.

Hadisə yerli sakinlərin sərt reaksiyasına səbəb olub. Onlar səlahiyyətlilərdən bölgədə vəhşi fil hücumları problemini birdəfəlik həll etməyi tələb ediblər. 

Qeyd edək ki, son iki həftədə Kerala ştatında fillərin hücumu nəticəsində 5 nəfər həlak olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.