Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.06.2026 | 17:08 | Baxılıb: 2068
Azərbaycan Kubokunun finalında keçiriləcək “Sabah” – “Zirə” matçına 6 min bilet satılıb.

Bu barədə “gece.ws”ya Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev məlumat verib. 

O bildirib ki, biletlər klubların azarkeşləri arasında bərabər sayda bölünüb:

“Sevindirici haldır ki, Azərbaycan Kubokunun final matçına böyük maraq var. Satışa çıxarılan 8031 yerdən 6 minə yaxını satılıb. Biletlərin bölgüsündə hər iki komandaya tam bərabər yanaşma tətbiq edilib. Nominal ev sahibi olan “Sabah” və nominal qonaq “Zirə” üçün eyni sayda bilet ayrılıb. Hər iki klubun azarkeşləri üçün təxminən 1500 bilet nəzərdə tutulub və sektorlar əvvəlcədən konkret şəkildə bölünüb. Klublar bundan əlavə də bilet almaq  imkanına  malikdirlər. Sadə açılış mərasimi planlaşdırılır. Bununla yanaşı, final ab-havasının daha yaxşı hiss olunması üçün oyun günü stadionda müəyyən tədbirlər həyata keçiriləcək. Fan-zonalar təşkil olunacaq”.

Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı mayın 13-də keçiriləcək və saat 20:00-da başlayacaq. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.