“gece.ws” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
“Həqiqətən çox sevindim. Başda Hidayət (red. Türkiyə Basketbol Milli Komandasının rəhbəri Hidayət Türkoğlu) olmaqla, bütün idmançı qardaşlarımın gözlərindən öpürəm. Təbrik edirəm”.
İdmançılar Ərdoğanı alqışlayaraq ona təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Türkiyə Yunanıstan millisini 94:68 hesabı ilə məğlub edərək 24 il sonra finala çıxıb. “Ay-ulduzlular” finalda Almaniya ilə mübarizə aparacaq. Qarşılaşma sabah axşam keçiriləcək.
Sözügedən videonu təqdim edirik: