Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.20.2026 | 12:04 | Baxılıb: 1174
Bu gün şahmat üzrə Azərbaycan çempionatında medallar uğrunda görüşlərə start veriləcək.

“gece.ws” xəbər verir ki, kişilərin yarışında çempionluğun taleyi Məhəmməd Muradlı və Şəhriyar Məmmədyarov arasındakı mübarizədə həll olunacaq.

Üçüncü yer uğrunda dueldə Read Səmədovla Aydın Süleymanlı yarışacaq.

Qadınların finalında Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva qarşılaşacaq. Bürünc medal uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarovaya rəqib olub.
Şahmatçılar arasında cavab görüşləri sabah keçiriləcək.  Ölkə çempionatının bağlanış mərasimi isə bazar günü təşkil olunacaq.

Qeyd edək ki, Ayan Allahverdiyeva yarımfinalda Türkan Məmmədyarova ilə üz-üzə gəlmişdi. İlk yarımfinal görüşü isə qalmaqalla yadda qalmışdı. Belə ki, oyunun hakimi T.Məmmədyarovanı qalib elan etsə də, A.Allahverdiyeva nəticədən narazı qalıb apellyasiya şikayət vermişdi. Yarışın Appellyasiya Komitəsi həmin görüşün videoyazısını izlədikdən sonra heç-heçəni təmin etmişdi. İkinci görüşdə qalib gələn Allahverdiyeva isə finala vəsiqə qazandı. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.