
“gece.ws” xəbər verir ki, o, komandamızın təlim-məşq toplanışları üçün əvəzedicilər və Gənclər Liqasında format dəyişikliyi olacağını bildirib.
“U-20 milli komandanın hazırlığı üçün bəzi liqalarda oyunları təxirə salmalı olduq. Bu, vacib məsələ idi. Əvəzedicilər liqasının ləğvi müzakirə mövzusudur. Amma bu olmasa belə əvəzedicilər və Gənclər Liqasında format dəyişikliyi olacaq. Çünki milli komandanın hazırlığı üçün bu addımı atmalıyıq. Artıq U-20-nin məşqçilər korpusu bizə 17 aylıq hazırlıq planını verib”, - o qeyd edib.
S.Hacıyev final görüşünün Azərbaycanda keçirilməsini istədiklərini əlavə edib: “Biz bunu istəyirik. O yöndə danışıqlar davam edir”.