Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.11.2026 | 14:27 | Baxılıb: 1640
AFFA İntizam Komitəsi II liqa təmsilçisi “Şəmkir” klubuna 3:0 hesablı texniki məğlubiyyət verib.

“gece.ws” xəbər verir ki, buna səbəb 17-ci turda “Xankəndi” ilə qarşılaşmadan əvvəl “Şəmkir” komandasının Əsasnamənin tələblərini pozaraq oyuna çıxacağı forma haqqında məlumat verməməsi, AFFA nümayəndəsinin, PFL-in tələblərinə məhəl qoymaması və müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina etməsidir.

Onlar həmçinin PFL tərəfindən təyin edilmiş, nümayəndə və hakimlər tərəfindən bildirilmiş oyun vaxtında meydançaya çıxmayıb.

Qeyd edək ki, ikinci liqanın 17-ci turunda keçirilməli olan “Şəmkir” – “Xankəndi” matçı formaların oxşar olması səbəbindən baş tutmamışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.