Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Formasındakı problemə görə matç gec başladı - Klubu cərimələndi
 
						Formasındakı problemə görə matç gec başladı 
							 - Klubu cərimələndi
Əlavə olunub: 04.01.2025 | 12:24 | Baxılıb: 2164
AFFA İntizam Komitəsi "Araz-Naxçıvan" klubunu 800 manat cərimələyib.

“gece.ws” xəbər verir ki, buna Premyer Liqanın 28-ci turunda “Neftçi” ilə oyunun gec başlaması səbəb olub.

Qarşılaşmanın startının Naxçıvan təmsilçisinin futbolçusunun formasında qüsur olmasına görə gecikdiyi vurğulanıb. Altı oyunçusu sarı vərəqə aldığından “Neftçi”yə 700 manat cərimə tətbiq edilib.

“Qarabağ”la oyunda 4 futbolçusu sarı vərəqə alan “Turan Tovuz” da eyni məbləği ödəyəcək. Azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə Ağdam klubu 1500 manat ziyana düşüb.

“Kəpəz” - “Səbail” görüşündə isə fanatlar 6 oturacağı sındırıblar. Dəymiş ziyan Gəncə təmsilçisi tərəfindən ödəniləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.