Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.05.2026 | 20:22 | Baxılıb: 2818
Fransa Xarici İşlər Nazirliyi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə törətdiyi hücumu qətiyyətlə pislədiyini açıqlayıb.

“gece.ws” xəbər verir ki, Fransa XİN bu haqda “X” sosial şəbəkəsində yazıb.

“Fransa bu səhər Azərbaycanda Naxçıvan Beynəlxalq Hava Limanına yönəlmiş İran dronlarının hücumunu ən qəti şəkildə pisləyir. Fransa hücum zamanı xəsarət alan dörd nəfərin tezliklə sağalmasını arzulayır.

Bu əsassız hücuma qarşı Azərbaycanla tam həmrəyliyini bildirir; bu hücum Azərbaycanın suverenliyinin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”, - paylaşımda qeyd edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.