Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.28.2026 | 20:14 | Baxılıb: 1317
Fransa polisi paytaxt Parisin mərkəzində yerləşən “Bank of America” ofisi yaxınlığında terror aktı törətməyə cəhd edən şəxsi saxlayıb.

“gece.ws” “Le Parisien” qəzetinə istinadən xəbər verir ki, hadisə Parisin 8-ci dairəsində qeydə alınıb.

Nəşr yazır ki, şübhəli şəxs əldəqayırma partlayıcı qurğunu işə salmağa çalışarkən ələ keçirilib, onunla birlikdə olan ikinci şəxs isə hadisə yerindən qaçmağa nail olub.

Məlumata görə, zərərsizləşdirilən qurğu naməlum maye ilə doldurulmuş beş litrlik qabdan və 650 qram tozşəkilli partlayıcı maddədən ibarət olub. Hazırda qurğu ekspertizaya təhvil verilib, qaçan şəxsin axtarışları davam etdirilir.

Qeyd edək ki, Fransanın daxili işlər naziri Loran Nunyes hadisə ilə bağlı antiterror prokurorluğunun istintaqa başladığını bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.