Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.18.2026 | 18:00 | Baxılıb: 1705
Livanın cənubunda baş verən hücum zamanı bir fransız hərbçi həlak olub.

“gece.ws” xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkə hesabında paylaşım edib.

Makron qeyd edib ki, həmin əsgər Livan ərazisində yerləşən BMT-nin sülhməramlı qüvvələrində xidmət edib.

O, ölən hərbçinin ailəsinə başsağlığı verib.

Makron əlavə edib ki, hadisə nəticəsində daha üç fransız hərbçi yaralanıb və təxliyə olunub.

Fransa Prezidenti vurğulayıb ki, mövcud məlumatlar hücumun məsuliyyətinin “Hizbullah”ın üzərinə düşdüyünü göstərir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.