Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Fransızlar belə Messinin qazanmasını istəyirdi”
 
						“Fransızlar belə Messinin qazanmasını istəyirdi”
Əlavə olunub: 03.20.2025 | 20:06 | Baxılıb: 1639
Fransa milli komandasının sabiq müdafiəçisi Patris Evra Argentina seçməsinin 2022-ci ildə qazandığı dünya çempionluğu barədə danışıb.

“gece.ws” xəbər verir ki, veteran futbolçu qalmaqallı açıqlama verib.

“Biz 2018-ci ildə dünya çempionu olmuşuq. Amma hamımız bilirik ki, 2022-ci ildə dünya çempionluğunu Messiyə sadəcə verdilər. Hətta fransızlar da argentinalının qazanmasını istəyirdilər”, - deyə, o bildirib.

Qeyd edək ki, Argentina millisi DÇ-2022-nin finalında Fransa ilə üz-üzə gəlib. 3:3 hesablı bərabərliklə başa çatan matçın penaltilər seriyasında üstün olan Cənubi Amerika təmsilçisi çempion olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.