Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.14.2026 | 21:41 | Baxılıb: 2003
Dünya və Avropa çempionu Fuad Zeynalov Türkiyənin Antalya şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə Dünya Kubokunda çıxış edib.

“gece.ws” xəbər verir ki, idmançımız masterlər arasında həm “light contact”, həm də “kick light” versiyalarında yarışaraq yüksək peşəkarlıq nümayiş etdirib.

Qeyd edək ki, o, cəmi bir gün ərzində 6 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və ikiqat Dünya Kubokunun sahibi olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.