Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.03.2025 | 15:47 | Baxılıb: 1881
AFFA İntizam Komitəsi “Neftçi”nin futbolçusu İqor Ribeyronu cəzalandırıb.

“gece.ws” xəbər verir ki, qərar qurumun bugünkü iclasında qəbul edilib.

Qeyd olunub ki, 25 yaşlı müdafiəçi “Turan Tovuz”la oyunun 55-ci dəqiqəsində təcavüzkar davranışa yol verib (rəqibi vurub).

Nəticədə o, birbaşa qırmızı vərəqə alıb. AFFA İntizam Komitəsi bu səbəbdən də braziliyalı futbolçunu 3 oyunluq cəzalandırıb.

Paytaxt təmsilçisi isə 3000 manat cərimələnib.

Qeyd edək ki, futbolçu bu il avqust ayının 1-də “Araz-Naxçıvan”dan “Neftçi”yə keçib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.