Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.16.2026 | 19:30 | Baxılıb: 1922
Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo karyerasının sonu ilə bağlı açıqlama verib.

“gece.ws” xəbər verir ki, 41 yaşlı ulduz bu barədə müsahibəsində danışıb.

Ronaldo bildirib ki, 25 illik futbol karyerasını başa vurmağa hazırlaşır:

“Bu, futbolda son ilim ola bilər və böyük miras qoymaq istəyirəm”.

Portuqaliyalı futbolçu karyerasını başa vurduqdan sonra səyahət etmək, padel oynamaq və futboldan kənar müxtəlif fəaliyyətlərlə məşğul olmaq istədiyini də qeyd edib.

Ronaldo bildirib ki, futboldan ayrıldıqdan sonra həyatında böyük boşluq yaranacaq və həmin vaxtını müxtəlif fəaliyyətlərlə dolduracaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.