Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.03.2026 | 14:32 | Baxılıb: 1334
AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan futbolunun son bir ildəki inkişafından danışıb.

“gece.ws” xəbər verir ki, o, qurumun hesabat konfransında bu barədə fikirlərini açıqlayıb: 

“Futbol azarkeşi kimi danışacam. Yəqin ki, futbolun inkişafından tam razı olacağım gün millimizin dünya çempionatının final mərhələsində oynayacağı gün olacaq. Həmin gün tam razı qalacağam. Əminəm ki, bu, nə vaxtsa baş verəcək.

Bu istiqamətdə işləməliyik, böyük hədəflər qoyub arxasınca getməliyik. Mənim dövrümə gəldikdə, ən azından böyük turnirdə Azərbaycan millisinin oyununu görmək azarkeş kimi məni sevindirəcək gün olardı. Futbolda komanda uduzur da, udur da. Əzmkarlığı, döyüşkən ruhu görəndə azarkeş sevinir”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.