Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.19.2026 | 10:01 | Baxılıb: 2392
Füzuli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws"in məlumatına görə, qəza rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil ilə “VAZ-2107” markalı maşın toqquşub.

Qəza nəticəsində 1990-cı il təvəllüdlü Əli Vəliyev və 2000-ci il təvəllüdlü Mirqəşəm Talıbov hadisə yerində həyatını itirib.

Hadisə zamanı xəsarət alan 1995-ci il təvəllüdlü Süleyman Süleymanov və 2001-ci il təvəllüdlü Rəşad Namazəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Məlumata görə, qəzada həyatını itirən şəxslər hərbçi, yaralanan R.Namazəliyev isə ANAMA əməkdaşıdır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.