Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.07.2026 | 03:00 | Baxılıb: 6417
İTV “Bavariya” və PSJ komandaları arasında keçirilən yarımfinal oyununun yayımı ilə bağlı yaranmış problemə dair açıqlama verib.

“gece.ws"in məlumatına görə, telekanal sözügedən oyunun yayım hüququnun onlarda olmadığını bildirib.

“UEFA Çempionlar Liqasının yarımfinal oyunlarının əvvəlcədən bölgüsünə əsasən, mərhələnin “Arsenal” və “Atletiko Madrid” komandaları arasında keçirilən hər iki oyunun İctimai Televiziyanın efirində yayımlanması razılaşdırılıb.

Hər iki oyun canlı yayımda tamaşaçılara təqdim olunub.

“Bavariya” və PSJ komandaları arasında keçirilən digər yarımfinal oyunlarının yayım hüququ isə İctimai Televiziyaya məxsus deyil. Oyunun yayımı ilə bağlı yaranmış problemə görə İctimai Televiziya məsuliyyət daşımır”, - kanalın açıqlamasında qeyd olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.