Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.28.2026 | 20:00 | Baxılıb: 1237
Böyük Britaniyanın istefa vermiş Baş naziri Kir Starmer gələcəkdə NATO-nun baş katibi postuna namizədliyini irəli sürməyi nəzərdən keçirir.

“gece.ws” xəbər verir ki, bu barədə “The Observer” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, britaniyalı siyasətçi namizədliyini 2028-ci ildə keçiriləcək növbəti seçkilərdə vermək niyyətindədir.

Qeyd edək ki, hazırda bu vəzifəni Niderlandın keçmiş baş naziri Mark Rütte icra edir.

Mənbələr vurğulayır ki, Starmerin bu planlarının reallaşması üçün Böyük Britaniya rəhbərliyi tərəfindən onun namizədliyinə uzunmüddətli və davamlı dəstək təmin edilməlidir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.