
“gece.ws” xəbər verir ki, ABŞ lideri bu barədə özünə məxsus “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.
Trampın sözlərinə görə, həmin gəmilərin böyük hissəsi neft daşıyır:
“Onlar tamamilə təhlükəsiz olan cənub yolu ilə hərəkət edirlər. Digər hərəkət zonaları da mövcuddur”.
Qeyd edək ki, iyunun 14-də “Reuters” agentliyi yüksəkrütbəli bir İran rəsmisinə istinadən ABŞ ilə imzalanacaq anlaşma memorandumunun yekun layihəsinin detallarını açıqlamışdı.
Həmin sənədə əsasən, Hörmüz boğazının yenidən fəaliyyətə başlaması, ABŞ-nin neft sanksiyalarının ləğv edilməsi və 60 gün ərzində yekun sülh sazişinin hazırlanması nəzərdə tutulur.
Məlumata görə, razılaşmada İranın Hörmüz boğazını dərhal bütün kommersiya gəmiləri üçün açacağı, ABŞ-ın isə İran limanlarının hərbi-dəniz blokadasını qaldıracağı qeyd olunub. Birləşmiş Ştatlar memorandum imzalandıqdan dərhal sonra blokadanı mərhələli şəkildə götürməyə başlayacaq və bu proses 30 gün ərzində yekunlaşacaq.