
“gece.ws” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Musa Musayev qətlə yetirilib.
İlkin məlumata görə, 65 yaşlı kişi bıçaqlanaraq öldürülüb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
***
Gəncə şəhər sakini 65 yaşlı M. Musayevə naməlum şəxs kəsici alətlə xəsarət yetirib.
Yaralı xəstəxanaya aparılarkən ölüb.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 66 yaşlı Nizami İskəndərov saxlanılaraq istintaqa təhvil verilib.
Yunis Quliyev