Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.26.2026 | 15:21 | Baxılıb: 1633
Gəncə şəhərində avtomobil yanıb.

“gece.ws” xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil anidən alovlanıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobil tamamilə yararsız vəziyyətə düşüb.

Yanğın yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub, müdaxilə nəticəsində alov söndürülüb.

Bildirilib ki, yanan avtomobil Gəncədə və bölgədə tanınan aşıq Niyaməddin Qurbanova məxsusdur.

Yunis Quliyev


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.