Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.01.2026 | 10:27 | Baxılıb: 1289
Gəncədə yaşayış binasında yanğın baş verib.

“gece.ws"in məlumatına görə, hadisə şəhərin H.Əliyev prospekti 28/6, mənzil 60 ünvanında qeydə alınıb.

Belə ki, taxta konstruksiyadan ibarət ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 40 kv.m olan mənzil əşyaları ilə birlikdə tamamilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlər nəticəsində alov qısa müddətdə söndürülüb və binaya yayılmasının qarşısı alınıb.

Bina və yanğın baş verən mənzilin sakinləri təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev






Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.