Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.21.2026 | 20:10 | Baxılıb: 1436
Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws” xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Məlumata görə, “KIA” markalı avtomobilin “Mitsubishi” markalı maşınla toqquşması nəticəsində 5 nəfər – 1987-ci il təvəllüdlü Sərxan Hüseynov, 1960-cı il təvəllüdlü Rəna Abdilova, 1986-cı il təvəllüdlü Mehriban İsgəndərova, Vəsilə Orucova və Elmuraz Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, onlara ilkin tibbi yardım göstərilib.

İlkin ehtimala görə, qəzaya səbəb “KİA” markalı avtomobilin “Mitsubishi”nin yoluna çıxması olub. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.