Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.30.2026 | 19:35 | Baxılıb: 1149
Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

​“gece.ws” xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Niva” markalı maşın əks yola çıxan “Hyundai Elantra” ilə toqquşub.

Daha sonra “Niva” markalı avtomobil bir neçə dəfə aşıb. Nəticədə avtomobildə olan Daşkəsən rayonu, Qabaqtəpə kənd sakini, 1986-cı il təvəllüdlü Sübhanə Abbasova müxtəlif dərəcəli xəsarətlər alıb. O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

​Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.