Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.17.2026 | 22:38 | Baxılıb: 1349
Gəncədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws” xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.  Belə ki, “Changan Uni –Z” markalı avtomobil “Hundai” markalı maşınla toqquşub.

İlkin məlumata görə, qəza zamanı 1991-ci il təvəllüdlü Gülnarə İsayeva, 1998-ci ill təvəllüdlü Ofelya Hüseynova, 2021-ci il təvəllüdlü J. Hüseynova və 2019-cu il təvəllüdlü U. Məmmədova müxtəlif bədən xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib.

Yaralılara tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.