Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.05.2026 | 11:30 | Baxılıb: 6136
Gəncədə fəaliyyət göstərən xarici tikinti şirkətlərindən birinin rəhbəri vəfat edib.

“gece.ws” xəbər verir ki, Türkiyə vətəndaşı Mustafa Karabelanın Gülüstan yaşayış massivində yaşadığı evdə meyiti tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. İlkin ehtimallara görə, 40 yaşlı iş adamı ürəktutmadan həyatını itirib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Məlumat üçün bildirək ki, mərhum Gəncə şəhərində avtomobil yollarının asfaltlanması işlərini həyata keçirən “DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı filialının rəhbəri olub.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.