Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.14.2026 | 15:01 | Baxılıb: 10498
Bu gün paytaxtın Nərimanov rayonunda ağır yol qəzası baş verib.

“gece.ws” xəbər verir ki, metronun “Gənclik” stansiyasının yaxınlığındakı avtomobil tunelində “Hyundai” və “Lexus” markalı minik avtomobilləri toqquşub. Nəticədə, avtomobillərə ciddi ziyan dəyib, bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım və xilasetmə briqadası, eləcə də polis əməkdaşları cəlb edilib.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 14:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Nərimanov rayonu, H.Əliyev küçəsindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1984-cü il təvəllüdlü şəxs (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Sağ bazu sümüyünün sınığı diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda onun müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.