Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.29.2026 | 16:59 | Baxılıb: 6413
Türkiyə kubokunun 1/4 finalında keçirilən “Konyaspor” - “Fənərbaxça” (1:0) matçı zamanı stadionun üzərindən helikopterlərin uçmasına icazə verən general-mayor Mete Kuş cəzalanıb. 

“gece.ws” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Konyaspor”la yaxın əlaqələri ilə tanınan Konya 3-cü Əsas Reaktiv Bazası və Qarnizonunun komandiri komandaya dəstək məqsədilə arenanın üzərindən uçuşların olmasına icazə verib. Onun bu hərəkəti Türkiyə Silahlı Qüvvələri daxilində narazılıqla qarşılanıb.

Hadisədən sonra general-mayorun vəzifəsi aşağı salınaraq o, Hərbi Hava Qüvvələri Komandanlığı Qərargahına təyinat alıb.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.