Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.18.2026 | 10:59 | Baxılıb: 20834
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.

“gece.ws"in əldə etdiyi məlumata görə, bu barədə müvafiq Əmr imzalanıb.

İki il baş idarəyə rəhbərlik etmiş general Məmmədov təqaüdə göndərilib.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Müşfiq Məmmədov daha əvvəl uzun müddət Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub.

***

Müdafiə Nazirliyindən məlumatı saytımıza təsdiq ediblər.

Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, general-mayor Müşfiq Məmmədov səhhətində yaranan vəziyyətlə əlaqədar öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.