
“gece.ws"in əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov Əmr imzalayıb.
Nazirin Əmri ilə Qasımzadə ədliyyə orqanlarında xidmətini yekunlaşdırıb.
Qeyd edək ki, Rauf Qasımzadənin atası general-mayor Aydın Qasımov uzun illər eyni orqanda yüksək vəzifələrdə çalışıb. O, uzun müddət ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi və məhkəmə qərarlarının icrası baş idarəsinin rəisi işləyib. Rauf Qasımzadə özü isə 2 il əvvəl ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovun köməkçisi təyin edilmişdi.
Sail Ağasəlim